...

BP: Bakı-Supsa boru kəmərində texniki çətinliklər Azərbaycandan neft ixracatına təsir etmir

Energetika Materials 13 Fevral 2007 18:36 (UTC +04:00)

Trend in məlumatına əsasən, BP Azerbaijan "Azəri-Çıraq-Günəşli" yatağında hasil olunan neftin Bakı-Supsa boru kəməri vasitəsilə ötürülməsindən imtina etmək niyyətində deyil.

Bu gün BP Azerbaijan şirkətinin prezidenti Bill Şredin mətbuat konfransında bildirdiyinə görə, Bakı-Supsa boru kəmərində mövcud olan texniki çətinliklər "Azəri-Çıraq-Günəşli" yatağı blokundan neftin ixracına təsir etmir.

"Bakı-Supsa boru kəməri - effektiv marşrutdur və biz ondan imtina etmək niyyətində deyilik. Hazırda orada Gürcüstan ərazisində müxtəlif tədqiqatlar davam etdirilir. Texniki çətinliklərin həllindən sonra biz yenidən Bakı-Supsa ilə neftin ixracını bərpa edəcəyik", deyə o bildirib.

Qeyd edək ki, "Azəri-Çıraq-Günəşli" yatağında hasil olunan neft Bakı-Tiflis -Ceyhan, Bakı-Novorossiysk boru kəməri və Batumi limanına qədər olan dəmir yolu vasitəsilə ixrac olunur.

Xəbər lenti

Xəbər lenti