...

Azərbaycanda külək elektrik stansiyaları üçün qurğuların istehsalına başlanacaq

Energetika Materials 4 Aprel 2007 16:36 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev /Almaniyanın "Norvin" şirkəti və Azərbaycanın "Temirmaş" müəssisəsi Bakıda külək elektrik stansiyaları üçün avadanlıqlar istehsal edəcək. Bu layihə üzrə müqavilə 2005-ci ildə imzalanıb, lakin ilk bu cür elektrik stansiyasının işə salınması may ayına nəzərdə tutulub. Bu barədə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin baş məsləhətçisi Kərim Ramazanov məlumat verib.

Onun sözlərinə görə, ilkin mərhələdə külək mühərrikləri üçün rotor və mühərriklər Almaniyadan gətiriləcək, bünovrə və digər hissələr isə Azərbaycanda yığılacaq. Gələcəkdə istehsalın Azərbaycanda təşkil olunması nəzərdə tutulub. Bu, qurğuların və buna uyğun olaraq istehsal olunan elektrik enerjisinin dəyərini aşağı salmağa imkan verəcək.

Birinci qurğu 850 mln.kVt/saat elektrik enerjisi verəcək.

Xəbər lenti

Xəbər lenti