...

Bakıda Rusiyanın "RussNeft" şirkətinin nümayəndəliyi açılacaq

Energetika Materials 25 Aprel 2007 13:11 (UTC +04:00)
Bakıda Rusiyanın "RussNeft" şirkətinin nümayəndəliyi açılacaq

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Mayın 3-də Bakıda Azərbaycanın "Hövsan"-"Zığ" quru yataq blokunun ADNŞ ilə birgə işlənməsi ilə məşğul olan "RussNeft" şirkətinin nümyəndəliyi açılacaq. Bu barədə çərşənbə günü Rusiya Federasiyası Ticarət Nümayəndəliyinin rəhbəri Yuri Şedrin məlumat verib.

Bu yataqda işləyəcək əməliyyat şirkəti "RussNeft Abşeron İnvestments Limited" adlanacaq.

Keçən ilin noyabr ayında Rusiya şirkəti "Hövsan"-"Zığ" yataq blokunun birgə işlənməsi ilə bağlı Azərbaycanın Dövlət Neft Şirkəti (ADNŞ) ilə PSA tipli müqavilə imzalayıb. ADNŞ-nin müqavilədə iştirakçı payı 25%, "RussNeft" isə 75%-dir. Müqaviləyə əsasən, şirkət "Hövsan"-"Zığ" yataq blokunda neft hasilatı həcmini iki ildən sonra 1,5 dəfə artıracaq.

"Zığ" yatağının müqavilə sahəsi 65 kv.km təşkil edir. Yerdə qalan çıxarılan neft ehtiyatları 12 mln. ton təşkil edir. Yataq 1935-ci ildə açılıb. Sahədə 234 quyu var, bunların da 168-i müxtəlif vaxtlarda istismarda olub. Hazırda yataqda neft hasilatı 10 quyuda aparılır və sutkada 25 ton neft və 20 min kub.m qaz təşkil edir. Hasil olunan lay suyunun həcmi sutkada 470 kub.m təşkil edir.

"Hövsan" yatağı 1948-ci ildə açılıb. Yataqda neft hasilatı həcmi sutkada 260 ton və 90 min kub.m qaz təşkil edir. Hasilat 19 quyuda aparılır.

"RussNeft" ASC 2002-ci ilin sentyabrında yaradılıb. Bu gün şirkətin illik neft hasilatı 17 mln. tondan çox təşkil edir, çıxarılmayan ehtiyatlar 630 mln. tondan çox təşkil edir. "RussNeft"in balansında 30 hasilat aktivləri, 3 neft emalı zavodu, 1 nəqliyyat müəssisəsi və 300 yanacaqdoldurma kompleksi var.

Xəbər lenti

Xəbər lenti