...

İşıqpulu borcu olan 240 villa sahibinə xəbərdarlıq edilib

Energetika Materials 14 May 2007 21:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may/müx.TrendLife Fərid Sadıxov/ "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyəti bu gündən etibarən işıqpulu borcu olan abunəçilərə qarşı növbəti sərt tədbirlərə əl atıb. Bu barədə TrendLife-a cəmiyyətin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, bu gün Pirşağı, Bilgəh, Buzovna və Albalı qəsəbələrində 240-dan artıq villa və bağ evinin sahibinə xəbərdarlıq edilib. "Biz həmin villa sahiblərinə təcili olaraq Sabunçu rayon Enerji Satışı İdarəsində borclarını ödəməyi məsləhət görmüşük"-deyə T.Mustafayev bildirib. Mətbuat katibi onu da bildirib ki, bu gün saat 14.00-dan etibarən işıqpulu borcu olan bütün abunəçiləra verilən elektirik enerjisinin dayandırılmasına başlanılıb.

Xəbər lenti

Xəbər lenti