...

"BP" ölkədə Azərbaycan kapitallı şirkətlərlə birgə xərclədiyi vəsaitləri elan edib

Energetika Materials 30 May 2007 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend /2007-ci ilin birinci rübündə "BP" şirkətinin Azərbaycanda xərclədiyi vəsaitlərin ümumi həcmi 342 mln. dollar təşkil edib. "BP"nin məlumatında bildirildiyi kimi, ölkədə Azərbaycan kapitallı şirkətlərlə ğirgə vəsaitlərin xərclənməsi birinci rübdə 150 mln. dollar təşkil edib.

Dövlət müəssisələri ilə işdə 8 mln. dollar, birgə müəssisələrlə işdə 121 mln. dollar, kiçik və orta biznesli müəssisələrlə işdə - 21 mln. dollar xərclənib. Azərbaycanda olan xarici şirkətlərlə vəsaitlərin xərclənməsi 192 mln. dollara bərabərdir.

Birinci rübün yekunlarına görə, "BP"nin işlədiyi Azərbaycan kapitallı şirkətlərin sayı 315 təşkil edib. Yanvar-martda "BP" ilə işləyən şirkətlərin 33-ü dövlət, 25-i BM, 257-si kiçik və orta biznesli müəssisələr (birbaşa) olub.

Birbaşa olaraq "BP" şirkəti ilə işləyən Azərbaycan vətəndaşlarının sayı 1831 nəfər təşkil edir. Tikintidə məşğul olan respublika vətəndaşlarının sayı birinci rübdə 6000 nəfər təşkil edib, lakin şirkətdən qeyd olunduğu kimi, bu göstərici işlərin azalan həcmi ilə əlaqədar aşağı düşəcək.

Xəbər lenti

Xəbər lenti