...

ARDNF rəhbəri BMT Qlobal Konvensiyası Liderlərinin zirvə toplantısında iştirak edib

Energetika Materials 10 İyul 2007 19:58 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend İ.Xəlilova/ Ötən həftə Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədəki qərargahında təşkilatın baş katibi Ban Ki-Munun sədrliyi ilə "Reallığı nəzərə alaraq biznesə keçid" mövzusunda BMT Qlobal Konvensiyası Liderlərinin zirvə toplantısı keçirilib.

Zirvə toplantıda Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiyanın sədri Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Bir çox xarici ölkə rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələri Dövlət Neft Fondunun "Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması" üzrə 2007-ci il üçün "BMT-nin Dövlət Qulluğu Mükafatı"nı (UN Public Service Award) alması münasibətilə Azərbaycan nümayəndə heyətini təbrik edib.

Sammitin işində Azərbaycan Respublikasının Cenevrə şəhərindəki BMT bölməsində və digər təşkilatlar yanında daimi nümayəndəsi Elçin Əmirbəyov, eləcə də müxtəlif ölkələrin hökumətlərinin min nəfərə yaxın yüksək səviyyəli rəsmiləri, qeyri-hökumət və biznes təşkilatlarının nümayəndələri iştirak edib.

Xəbər lenti

Xəbər lenti