...

Azərbaycan Dövlət Neft Şirkəti maye qaz istehsalını bərpa etməyə hazırlaşır

Energetika Materials 24 İyul 2007 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkəti "Heydər Əliyev adına" Bakı Neft emalı Zavodunda kataliz krekinq qurğusunun işə salınmasına başlayıb. Bu barədə çərşənbə axşamı ARDNŞ-dən xəbər verilib. "Qurğunun işə salınması təqribən üç gün çəkir",-deyə ARDNŞ-dən dəqiqləşdirilib.

Qurğu iyul ayında növbədənkənar təmirə dayandırılıb ki, bunun da nəticəsində maye qaz istehsalı tamamilə dayandırılıb.

Kataliz krekinq qurğusunun işinin dayandırılması həmin həcmdə neftin ixraca verilməsi ilə nəticələnib. İyul ayında ARDNŞ Bakı-Novorossiysk kəməri ilə neft ixracını 2 dəfə artıraraq 164 min tona çatdırıb. Əlavə həcmdə neft artıq iyul ayında ARDNŞ-dən 84 min ton neft almış İsrailin Oil Refineries LTD şirkəti tərəfindən tədarük olunub.

Xəbər lenti

Xəbər lenti