...

ADA Universitetinin və “ACM-W” Avropanın təşkilatçılığı və PAŞA Bankın baş sponsorluğu ilə beynəlxalq “womENcourage” toplantısı keçiriləcək

Maliyyə Materials 28 Avqust 2020 12:16 (UTC +04:00)

Bakı. Trend:

ADA Universitetinin və “ACM-W” Avropanın təşkilatçılığı və PAŞA Bankın baş sponsorluğu ilə 24-27 sentyabr 2020-ci il tarixlərində ACM-in (Association for Computing Machinery) 7-ci beynəlxalq “womENcourage” toplantısı keçiriləcək.

PAŞA Bank-dan Trend-ə verilən məlumata görə, tədbirin əsas məqsədi texniki sahələrdə təhsil alan və fəaliyyət göstərən xanımları bir araya gətirmək, həmçinin karyeralarını informatika sahəsində qurmaq istəyən qadınları həvəsləndirməkdir.

Digər sponsor və tərəfdaşlar qismində Azərbaycan Konqreslər Bürosu, “Amazon”, “IBM” və “Azercell Telekom” MMC şirkətləri çıxış edir.

Tədbirdə iştirak etmək üçün qeydiyyat 31.08.2020-ci il tarixinədək davam edir.

Tədbir haqqında ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün keçid:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti