...

Mərkəzi Bankdan "qara bazar" açıqlaması

Maliyyə Materials 26 Dekabr 2020 11:52 (UTC +04:00)
Mərkəzi Bankdan "qara bazar" açıqlaması

Bakı. Trend:

Müvafiq lisenziya olmadan valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi qanunvericiliyin tələblərinə ziddir və bu fəaliyyətin qarşısının alınması səlahiyyətli orqanlar tərəfindən təmin edilir.

Trend-in məlumatına görə, bu barədə Mərkəzi Bankın açıqlamasında deyilir.

Açıqlamada qeyd edilir: "Ölkədə valyuta satışı üzrə “qara bazar”ın fəaliyyət göstərməsi ilə bağlı ictimaiyyətdə yayılan yalnış firkilərə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı qanunvericiliklə nəzərdə tutulmuş qaydada valyuta mübadiləsi fəaliyyəti üzrə lisenziyaya malik olan banklar və valyuta mübadiləsi məntəqələri üzərində nəzarəti həyata keçirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti