...

Azərbaycanda iqtisadiyyatın kreditləşməsi artıb - Dünya Bankı

Maliyyə Materials 16 May 2021 18:20 (UTC +04:00)
Azərbaycanda iqtisadiyyatın kreditləşməsi artıb - Dünya Bankı

Bakı. Zeyni Cəfərov - Trend:

2021-ci ilin martında Azərbaycanda iqtisadiyyatın kreditləşməsi fevral ayı ilə müqayisədə 0,7 faiz artıb.

Trend bu barədə Dünya Bankının aylıq hesabatına istinadən məlumat verir.

Hesabat dövründə Azərbaycanda istehlak və ipoteka kreditləşməsi də artıb.

2021-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatının kreditləşməsi ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz azalıb. Mart ayında problemli kreditlərin həcmi bankların kredit portfelində 6,2 faizə bərabər olub.

Bank sektorunun xalis mənfəəti ötən illə müqayisədə 10 faiz azalıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti