...

Azərbaycan dövlət büdcəsinin gəlirləri 9,735 milyard manatı ötüb

Maliyyə Materials 14 İyun 2021 20:12 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

2021-ci ilin yanvar-may aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 9,735 milyard manatı ötüb.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz azdır.

Hesabat dövründə dövlət büdcəsinin xərcləri 9,366 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz azdır.

Beləliklə, bu ilin 5 ayı ərzində dövlət büdcəsinin 368,9 milyon manat profisiti yaranıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti