...

BOS Şelf şəhid ailəsi üzvlərini və Vətən müharibəsi qazilərini işlə təmin edən ən fəal şirkətlərdən biridir – Dövlət Məşğulluq Agentliyi

Maliyyə Materials 4 Avqust 2021 13:40 (UTC +04:00)
BOS Şelf şəhid ailəsi üzvlərini və Vətən müharibəsi qazilərini işlə təmin edən ən fəal şirkətlərdən biridir – Dövlət Məşğulluq Agentliyi

Bakı. Trend:

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu” davam edir.

Dövlət Məşğulluq Agentliyinin məlumatına görə, marafon çərçivəsində 21 yeni vakansiya elan etmiş BOS Şelf şirkəti bu istiqamətdə ən fəal iştirak edən işəgötürənlər sırasındadır.
“BOS Şelf ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına vuruşan hər kəsə hər zaman dərin hörmətlə yanaşır. Biz I və II Qarabağ müharibəsi qazilərinə mütəmadi dəstək göstərməyi özümüzə borc bilib, onları əməkdaşlarımızın arasında görməkdən qürur duyuruq”, - deyə şirkət bildirib.

Şirkətin işçi sıralarında 200 nəfərdən çox I Qarabağ müharibəsi qazisi çalışarkən, 58 nəfər BOS Şelf əməkdaşı II Qarabağ müharibəsinə qatılıb Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük tarixi qələbəyə imza atmışlar.

II Qarabağ müharibəsi bitdikdə, qazilərə dəstək proqramı çərçivəsində 50 nəfər müharibə qazisi BOS Şelf-in Təlim-tədris məktəbinə qəbul olunub. Burada, yeni kadrlar tam ödənişsiz əsasda mexanik, qaynaqçı, quraşdırıcı, ilməçi-qoşucu kimi müxtəlif peşələr üzrə təlim prosesini uğurla bitirib işlə təmin olunmaq imkanını əldə ediblər. 10 nəfər II Qarabağ müharibəsi qazisi isə BOS Şelf tərəfindən müxtəlif peşələr üzrə bir başa işlə təmin olunub.

Hal-hazırda BOS Şelf-in işçi sıralarında 300-dən çox I və II Qarabağ müharibəsi qazisi çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti