...

Bu il inflyasiyanın pandemiyadan əvvəlki həddə qayıdacağı proqnozlaşdırılsa da, bu, baş vermədi - Nazir müavini

Maliyyə Materials 25 May 2022 12:27 (UTC +04:00)
Bu il inflyasiyanın pandemiyadan əvvəlki həddə qayıdacağı proqnozlaşdırılsa da, bu, baş vermədi - Nazir müavini
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

44 günlük Vətən müharibəsindəki qələbədən sonra ölkəmiz yeni mərhələyə qədəm qoyub. Belə ki, azad edilən ərazilərlə Azərbaycan iqtisadiyyatında yeni imkanların yaranmasının təməli qoyulub”.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, pandemiyadan sonra iqtisadiyyat nəinki bərpa olunub, gözləniləndən də çox artıb.

Nazir müavini bildirib ki, bununla yanaşı proqnozlara nisbətən inflyasiya daha yüksək olub.

S.Həsənova qeyd edib ki, beynəlxalq təşkilatların proqnozlarında dünyada inflyasiyanın 2021-ci ildə ən yüksək həddə çatacağı bildirilirdi. “2022-ci ildə inflyasiyanın pandemiyadan əvvəlki həddə qayıdacağı proqnozlaşdırılsa da, bu, baş vermədi”, - deyə nazir müavini bildirib.

S.Həsənova deyib ki, dünyanın müxtəlif yerlərində iqlim dəyişiklikləri, Rusiya-Ukrayna müharibəsi, ərzaq məhsullarının qiymətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə gətirib çıxarıb:

"Azərbaycanda baş verən yüksək inflyasiya da əsasən, idxal inflyasiyası ilə izah oluna bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti