...

İndiyə qədər 228,5 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb

Maliyyə Materials 27 May 2022 11:19
İndiyə qədər 228,5 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

2022-ci ilin 1 may tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 573.199.160 kassa çeki üzrə 228,5 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi Elçin Məmmədov “vergiler.az” saytına müsahibəsində deyib.

O qeyd edib ki, bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,7 milyona yaxın istifadəçi qeydə alınıb.

"“ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin 1 may tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 573.199.160 kassa çeki üzrə 228,5 milyon manata yaxın, bu ilin yanvar-aprel ayları ərzində isə 144.945.143 çek üzrə 56,5 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə istehlakçılara 38 milyon manata yaxın ƏDV məbləği qaytarılmışdı", - E.Məmmədov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti