...

Azərbaycanda investisiya şirkətləri üçün kapitala dair tələblərin yenidən gözdən keçiriləcəyi gözlənilir

Maliyyə Materials 11 İyun 2024 15:47 (UTC +04:00)
Azərbaycanda investisiya şirkətləri üçün kapitala dair tələblərin yenidən gözdən keçiriləcəyi gözlənilir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bankın Azərbaycanda investisiya şirkətləri üçün kapitala dair tələbləri yenidən gözdən keçirəcəyi gözlənilir.

Trend xəbər verir ki, bu barədə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin İdarə Heyətinin sədri Ceyhun Hacıyev 2023-cü il üzrə fəaliyyətin yekunları və qarşıdakı dövr üzrə strateji planlara dair mətbuat konfransında çıxışında deyib.

Onun sözlərinə görə, hazırda əsas investisiya xidmətləri göstərən A kateqoriyalı investisiya şirkətinin minimum nizamnamə kapitalı ən azı 300 min manatdır.

Yardımçı investisiya xidmətləri göstərən B kateqoriyalı investisiya şirkətləri üçün minimum nizamnamə kapitalı 75 min manat müəyyən edilib.

"Hazırda "PAŞA Kapital İnvestisiya Şirkəti"nin nizamnamə kapitalı 300 min manatdır ki, bu da investisiya şirkətlərinin bütün investisiya xidmətlərinin göstərilməsi üçün mövcud ehtiyaclarını ödəyir. Şirkətimiz mühüm bölüşdürülməmiş mənfəət əldə edib və nizamnamə kapitalı ilə bölüşdürülməmiş mənfəətdən birlikdə Mərkəzi Bankın tələblərinə cavab verəən ümumi kapital olaraq istifadə edirik. Kapitala dair yeni minimum tələbləri müəyyən etdikdən və bir sıra digər məsələləri həll edildikdən sonra PAŞA Kapital-ın nizamnamə kapitalının artırılması barədə qərar qəbul ediləcək", - deyə C.Hacıyev vurğulayıb.

Ceyhun Hacıyev həmçinin qeyd edib ki, şirkətin yeni strategiyasına PAŞA Kapital-ın nizamnamə kapitalının artırılması daxildir.

Qeyd edək ki, "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC 2012-ci ilin iyun ayında yaradılıb. PAŞA Kapital müştərilərinə geniş spektrə malik xidmətlər, o cümlədən broker xidməti, konsaltinq və tədqiqat, anderraytinq, marjinal ticarət, konsultasiya xidmətləri, eləcə də digər yanaşı investisiya xidmətləri təklif edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti