...

2060-cı ilədək tullantıların səviyyəsini azaltmaq üçün lazım olan investisiyaların həcmi açıqlandı

Yaşıl iqtisadiyyat Materials 26 Fevral 2024 20:51 (UTC +04:00)
2060-cı ilədək tullantıların səviyyəsini azaltmaq üçün lazım olan investisiyaların həcmi açıqlandı
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Dünya Bankı Avropa və Mərkəzi Asiya (AMA) regionuna (23 ölkə daxildir) 2060-cı ilədək karbon neytrallığına nail olmaq üçün lazım olan investisiyaların həcmini açıqlayıb.

Trend xəbər verir ki, Dünya Bankı bu barədə "Karbon neytrallığı-2020-cı il: AMA-nın təhlükəsiz və dayanıqlı enerji gələcəyi" adlı sənəddə qeyd edib.

"AMA regionuna 2023-2060-cı illər ərzində "Net Zero" məqsədinə nail olmaq üçün lazımi investisiyaların həcmi 4,7 trilyon dollardır (regional ümumdaxili məhsulun 3,9 faizi)", - deyə Dünya Bankının sənədində qeyd olunub.

Elektrik enerjisinə investisiyalar 934 milyon ABŞ dolları olaraq qiymətləndirilir. Dünya Bankının qiiymətləndirmələrinə görə, transsərhəd qaz və elektrik enerjisi ticarətinin artımı, eləcə də sənayenin dekarbonizasiyası üçün 180 milyard dollardan çox vəsait lazımdır.

"Yaşayış evlərinin modernizasiyası, o cümlədən müasir istilik nasoslarının quraşdırılması üçün 1,2 trilyon ABŞ dollarından çox vəsait tələb olunur", - deyə sənəddə qeyd olunub.

Nəqliyyatda enerji keçidi üçün 1,4 trilyon ABŞ dollarından çox vəsait lazımdır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti