...

UNEP COP29-un uğurunu təmin etmək üçün mümkün hər şeyi etmək niyyətindədir - İnger Andersen

Yaşıl iqtisadiyyat Materials 27 İyun 2024 15:38 (UTC +04:00)
UNEP COP29-un uğurunu təmin etmək üçün mümkün hər şeyi etmək niyyətindədir - İnger Andersen
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

UNEP COP29-un uğurunu təmin etmək üçün mümkün hər şeyi etmək niyyətindədir.

Trend xəbər verir ki, bu barədə bu gün BMT Baş katibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen Bakıda keçirilən birgə brifinqdə deyib.

"Azərbaycan üç qat planet böhranının aradan qaldırılması üzərində səylə çalışan ölkədir. Son aylarda dünya iqlim dəyişikliyinin səbəb olduğu istilik dalğaları, daşqınlar və fəlakətlərin şahidi olub. Elmi məlumatlar kritik və ekzistensial vəziyyətdə olduğumuzu göstərir. Bu kontekstdə Azərbaycanın COP29-a fəal şəkildə hazırlaşdığını qeyd etmək xüsusən vacibdir. Bu cür liderliyə görə inanılmaz dərəcədə minnətdarıq və dünyanın Azərbaycanın rəhbərliyi altında bu gözəl şəhərdə bir araya gələcəyi COP29 tədbirini səbirsizliklə gözləyirik. BMT-nin Ətraf Mühit Proqramı (UNEP) bu tədbirin uğurunu təmin etmək üçün mümkün olan hər şeyi edəcək. Biz 80-dən çox ölkə ilə əməkdaşlıq edir və onlara danışıqlara hazırlaşmaqda köməklik göstəririk. Bakıda COP29-da razılaşdırılmalı maliyyələşdirmənin ədalətli və mümkün olmasına çalışırıq", - o deyib.

Onun sözlərinə görə, COP29-un Azərbaycanda təşkili ölkənin dünyadakı ekoloji və urban məsələlərindəki mühüm rolunu vurğulayır.

"Bu, BMT sisteminin çox fəxr etdiyi unikal imkandır. Dünya dəyişiklik tələb edir və hökumətlər, bizneslər və vətəndaş cəmiyyəti mühüm addımlar görmək istəyir. Qətiyyətlə inanıram ki, COP29 həqiqətən də bu dəyişiklərə dünyanın son dərəcə ehtiyac duyduğu və Azərbaycanın nail olmaq üçün səylə çalışdığı və uğuru səbəb olacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti