...

Azərbaycanda erkən xəbərdarlıq sistemi layihəsi reallaşdırma mərhələsindədir - Muxtar Babayev

Yaşıl iqtisadiyyat Materials 27 İyun 2024 15:46 (UTC +04:00)
Azərbaycanda erkən xəbərdarlıq sistemi layihəsi reallaşdırma mərhələsindədir - Muxtar Babayev
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda erkən xəbərdarlıq sistemi layihəsi reallaşdırma mərhələsindədir.

Trend xəbər verir ki, bu barədə bu gün ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Bakıda keçirilən birgə brifinqdə deyib.

"BMT-nin Ətraf Mühit Proqramının (UNEP) dəstəyi ilə artıq xüsusən Ağdam rayonunda və ölkənin digər rayonlarında bir neçə şöbə yaradılıb və bu işlər davam edir. Əməkdaşlığımızın mühüm aspekti Azərbaycanda təhdidlərə qarşı erkən xəbərdarlıq sistemi ilə əlaqəli layihədir. Layihə bir neçə il üçün nəzərdə tutulub və reallaşdırma mərhələsindədir", - deyə o qeyd edib.

O həmçinin, UNEP və Azərbaycan arasında danışıqlardan barədə məlumat verib.

"UNEP ilə Azərbaycan arasında aparılan müvafiq danışıqlar və onların nəticələri, eləcə də bir neçə ildir həyata keçirməkdə olduğumuz layihələr haqqında sizlərə qısa məlumat vermək istərdim. Biz çox gözəl bilirik ki, Xəzər dənizinin mühafizəsi kampaniyasının tərəfdaşları digər ölkələrlə fəal əməkdaşlıq edir. Son bir neçə il ərzində çox uğurlu nəticələri müzakirə etdik. Bu qəliz prosesdir. Bilirsiniz ki, Xəzərlə bağlı çoxlu risk və təhlükələr var. Buradan irəli gələn risk və nəticələr nəticəsində Azərbaycanın və digər ərazilərin biomüxtəlifliyi və digər istiqamətlər üçün ciddi təhdidlər yaranıb və bununla bağlı böyük işlər görülüb", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti