...

İqlim dəyişikliyi ilə mübarizədə maliyyələşmə ən vacib elementlərdəndir - Saymon Stil

Yaşıl iqtisadiyyat Materials 10 Oktyabr 2024 10:15 (UTC +04:00)
İqlim dəyişikliyi ilə mübarizədə maliyyələşmə ən vacib elementlərdəndir - Saymon Stil
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İqlim dəyişikliyi ilə mübarizədə maliyyələşmə ən vacib elementlərdəndir.

Trend xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-Cop29) zamanı çıxışında deyib.

O qeyd edib ki, hər bir ölkə öhdəliklərinə sadiq olmalıdır.

“COP29 bizə ambisiyalı bir məkan yaradır. Biz hər bir ölkə üzərində öhdəliyi artırmalıyıq. İqlim dəyişikliyi ilə bağlı olan bu öhdəliklər çox mühüm əhəmiyyət kəsb edir. Ölkələr artıq öhdəliklərinin icrasına başlayıb. Biz bunu təqdir edirik. Bütün tərəfləri birgə fəaliyyətə çağırıram.

COP29-da isə məqsəd bütün planların reallığa çevrilməsidir. Biz bu istiqamətdə əlimizdən gələni etməyə hazırıq”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (UNFCCC) ərəfəsində keçirilən PreCOP29 iclası keçirilir.

Konfrans “Ambisiyaların gücləndirilməsi və fəaliyyətin təmin edilməsi” devizi ilə baş tutur.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti