...

Azerfon ölkə tələbələrinin beynəlxalq biznes yarışmasında iştirak etmələrinə yardım edib

Telekommunikasiya Materials 30 Oktyabr 2007 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın Mobil rabitə operatoru Azerfon İB (Nar Mobile ticarət nişanlı) ölkə tələbələrinin beynəlxalq biznes yarışmasında iştirak etmələrinə yardım edib.

Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, "Tələbələr Azad Sahibarlıq Fəaliyyətində" Azərbaycan çempionatının qalibləri Nyu York şəhərində keçirilən beynəlxalq yarışda iştirak ediblər. Dünyanin 43 ölkəsindən 2 mindən artiq tələbənin iştirak etdiyi beynəlxalq çempionatda SİFE Azərbaycan yığmasını Azərbaycan Tibb Universitenin 11 nəfər tələbə və müəllim kollektivi təmsil edib.

Oktyabrın 9-13-ü aralığında keçirilən çempionatda bütün ölkələrdən aparıcı komandalar ilə bərabər Azərbaycan SİFE yığması Dünya Kubokunu qazanmaq uğrunda il ərzində həyata keçirtdikləri müstəqil biznes layihələrini nümayiş etdiriblər. Belə ki, Sife yarışının əsas məqsədi tələbələrin müxtəlif maarifləndirici layihələr həyata keçirmək yolu ilə geniş kütləyə bazar iqtisadiyyatının özəlliklərinin aşılanmasıdır. SİFE tələbələri universitetlərində komandalar yaradır və sahibkarlıq, bazar iqtisadiyyatı, işgüzar etika, uğur qazanma bacarıqları və maliyyə yardım layihələri hazırlayırlar.

Azərbaycan tələbələrinin Nyu Yorkda təqdim etdikləri biznes layihələri hakimlərin və yarış iştirakçılarının böyük marağına səbəb olub. Nar Mobile tələbələrə biznes layihələrini həyata keçirməklə yanaşı onların ABŞ-da keçirilən çempionatda iştirak etmələrinə kömək edib.

NarMobile-in sosial məsuliyyət strategiyasının əsas istiqaməti təhsil və gənclərdir. Nar Mobile gənclərimizin inkişafına, yeni biliklərin alınmasına yönələn bu layihəyə dəstək olmasından qürur hissi duyur.

2006-cı ildən Azərbaycan SİFE yığması tələbələr arasında işgüzar və sahibkarlıq keyfiyyətlərinin inkişafında böyük nailiyyətlər əldə ediblər. Nyu-Yorkda keçirilən dünya çempionatında Koordinator Azərbaycan SİFE "Dünyanın ən yaxşı koordinatoru" mükafatına layiq görülüb.

Azerfon İB (Nar Mobile ticarət nişanlı) öz kommersiya fəalliyyətinə 21 mart 2007-ci il tarixindən başlayıb. Operatorun 100 mindən çox abonenti var.

Xəbər lenti

Xəbər lenti