...

Azərbaycan Ümumdünya Radiorabitə Konfransı-2007-nin yekun sessiyasında iştirak edir

Telekommunikasiya Materials 15 Noyabr 2007 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında bildirilir ki, Azərbaycanın rabitə nazirinin müavini İltimas Məcidov Cenevrədə keçirilən Ümumdünya Radiorabitə Konfransı-2007-nin yekun sessiyasında iştirak edir. Beynəlxalq Elektrorabitə İttifaqı tərəfindən dörd ildən bir keçirilən konfrans oktyabrın 22-də başlanıb və noyabrın 16-da bitəcək.

Konfransda tezliklərlə, radiolokasiya xidmətlərinin paylanmasının statusunun artırılması ilə bağlı məsələlər, eləcə də Yer kürəsinin araşdırılması və kosmik xidmətlər üzrə peyk xidməti ilə bağlı məsələlər müzakirə olunacaq.

Əvvəl Cenevrədə keçirilən konfransda iştirak etmək üçün Rabitə Nazirliyi şöbələrinin mütəxəssisləri ezam olunmuşdular.

Xəbər lenti

Xəbər lenti