...

Qusar rayonunda iki müasir ATS-in açılışı olub

Telekommunikasiya Materials 15 İyun 2008 15:01 (UTC +04:00)

Azərbaycan, Qusar, 15 iyun / Trend müxbir V.Qafarov/ Bu gün Qusar rayonunda iki müasir ATS-ın açılış mərasimi keçirilib. Stansiyaların biri rayon mərkəzində, digəri isə Qusarın Balaqusar kəndində istifadəyə verilib.

Qusar İcra Hakimiyyətindən verilən məlumata görə, analoji ATS-lər Qusarın daha altı kəndində açılacaq. Bunun nətidəsində həmin kəndlərin sakinləri telefon və internet xidmətlərindən yararlana biləcəklər.

Bu günədək Balaqusar kəndinin sakinləri telefon və internet xidmətlərindən yararlana bilmirdilər.

Bu gün Qusar rayonunda həmçinin istirahət parkının açılış mərasimi keçirilib.

Məqalənin müəllifi ilə bu ünvan vasitəsi ilə əlaqə saxlamaq olar: trend

Xəbər lenti

Xəbər lenti