...

Azərbaycanın "Xalq kompüteri"layihəsinin ilkin versiyasının hazırlığı başa çatır

Telekommunikasiya Materials 30 İyun 2008 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun/ Trend , müxbir S.Babayeva/ Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları nazirliyi əhalinin aztəminatlı təbəqəsi üçün nəzərdə tutulan"Xalq kompüteri"layihəsinin ilkin versiyasının hazırlığını başa çatdırır, - nazirlikdən bildiriblər.

"Biz bütün təklifləri toplamışıq və artıq onların layıhə formasında hazırlanması işini başa çatdırırıq", - nazirlikdən deyiblər.

Nazirlikdə işin başa çatmasına dair dəqiq müddəti deməkdə çətinlik çəkiblər.

"Xalq kompüteri" layihəsinin məqsədi əhalinin aztəminatlı təbəqəsinə uzunmüddətli kreditə aşağı faizlə kompüterlərin verilməsidir.

Layihənin həyata keçirilməsi üçün nazirlikdə İntel və Microsoft Korporasiyalarının iştirakı ilə xüsusi işçi qrupu yaradılıb.

İşçi qrup layihənin ilkin variantını bəyəndikdən sonra, baxılmaq üçün hökumətə təqdim ediləcək.

Layihə çərçivəsində Microsoft lizenziyalaşdırılan proqram təminatını, İntel isə imtiyazlar əsasında müvafiq avadanlığı təqdim edəcək.

Nazirliyin təxmini hesablamalarına görə, Azərbaycanda hər 100 nəfərə üç-dörd kompüter düşür. Layihəni uğurla həyata keçirilərsə, göstərilən rəqəmi beş dəfə artırmaq olar.

Rabitə və İnformasiya Texnologiyaları nazirliyində Azərbaycan regionlarının birində layihə üzrə sınağa başlanılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti