...

Nar Mobile yeni beynəlxalq rouminq sazişlərini imzalayıb

Telekommunikasiya Materials 24 Fevral 2009 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 fevral / Trend / Azərbaycanın mobil rabitə operatoru Azerfon (Nar Mobile ticarət nişanlı) üç beynəlxalq rouminq sazişi imzalayıb. Şirkətin məlumatında bildirilir ki, Azerfon-un rouminq tərəfdaşları Tanzaniyanın Vodacom Tanzania Limited, İndoneziyanın PTNatrindo Telepon Seluler (Lippotel), Makaunun Hutchison Telecom operatorları olub.

Hazırda Azerfon-un rouminq tərəfdaşlarının sayı 118-dir.

Azerfon MMC mobil rabitə xidmətləri göstərilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən 2005-ci ilin dekabrında lisenziya alıb. Şirkət öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində başlayıb. Nar Mobile şəbəkəsi Azərbaycanın 80 faizini əhatə edir. Hal-hazırda MMC abunəçilərinin sayı bir mln. nəfərdən çoxdur.

Xəbər lenti

Xəbər lenti