...

Domen zona .az-da 8763 ad qeydiyyatdan keçib

Telekommunikasiya Materials 27 Avqust 2009 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust / Trend , müxbir Q.Vəliyev /

Milli domen zona.az-da 8763 internet resursu qeydiyyatdan keçib, WHOIS xəbər verir. WHOIS-un məlumatına əsasən, qeydiyyatdan keçən saytların ümumi sayından 7818-i birinci səviyyəli domendə qeydiyyatdan keçən internet resurslarıdır. Qeydiyyatdan keçən ikinci səviyyəli domenlərin sayı 945 ədəd təşkil edir.
İkinci səviyyəli ən məşhur domen .com-dur. Burada 517 sayt qeydiyyatdan keçib. Mənbənin məlumatına əsasən, dövlət domen zonası .gov.az-da 62 internet resursu qeydiyyatdan keçib.
Qeydiyyatdan keçən domen ünvanlarının sayına görə Azərbaycan Cənubi Qafqaz regionunda birinci yeri tutur. Belə ki, Gürcüstanın (.ge) və Ermənistanın (.am) domen zonalarında hazırda müvafiq olaraq 2 və 3 min internet resurs fəaliyyət göstərir.
ICANN-nın məlumatlarına əsasən, (2009-cu ilin 26 avqust) dünyada fəaliyyət göstərən domenlərin ümumi sayı 110 934 412 vahiddir. Hazırda ən məşhur domen zona .com-dur, belə ki burada 81,8 milyon domen qeydiyyatdan keçib. İkinci yerdə - .net-dir. Bu domen zonasında 12,4 milyon ad qeydiyyatdan keçib. Üçüncü yerdə isə .org-dur, bu zonada 7,7 milyon ad qeydiyyatdan keçib.
Milli zona .az rəsmi olaraq 1993-cü il avqustun 25-də fəaliyyətə başlayıb. Postsovet ölkələri arasında Ukrayna öz domeni (.ua) olan vahid ölkə idi. .ru zonası 1994-cü il aprel ayının 7-də qeydiyyatdan keçib, həmin il SSRİ-nin digər respublikalarına məxsus olan digər ünvan zonaları qeydiyyatdan keçib.
.az domeninin qeydiyyatdan keçməsinin dəyəri 20 manata bərabərdir. Domenə texniki dəstəyin illik dəyəri də o qədər təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti