Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir H.Vəliyev /
Yanvar-avqust aylarında əhaliyə və təşkilatlara göstərilən telekommunikasiya və poçt rabitəsi xidmətlərinin həcmi 645,3 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövründəki göstəricidən 11,6 faiz çoxdur. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən bildirilib.
Ümumi həcmin 77,9 faizi və ya 502,6 milyon manat əhaliyə göstərilən xidmətlərin payına düşüb.
Bu zaman əldə olunan gəlirlərin 72,2 faizi ötən ilin analoji dövrü ilə müqayisədə 12,2 faiz artımla mobil rabitənin payına düşüb.
Rabitə xidmətlərinin artımı Quba-Xaçmaz iqtisadi rayonunda 5 faiz, Yuxarı Şirvan 3,1 faiz, Aran 3,1 faiz, Lənkəran iqtisadi rayonunda 2,5 faiz, Abşeronda 12,1 faiz, Gəncə-Qazax bölgəsində isə 0,3 faiz təşkil edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]