...

Azərbaycanın Təhsil Nazirliyi yanında İnternet şəbəkəsinin istifadəsi üzrə Şura yaradılıb

Telekommunikasiya Materials 15 Sentyabr 2009 16:08 (UTC +04:00)

Azərbaycanın Təhsil Nazirliyi yanında İnternet şəbəkəsinin istifadəsi üzrə Şura yaradılıb,. Bu barədə İKT informasiya mərkəzinin məlumatında deyilir.

Şuranın tərkibinə İnformasiya Texnologiyaları İnstitutu və Elmlər Akademiyasının Kibernetika İnstitutu, valideynlər, müəllimlər, kulturoloqlar, həmçinin Təhsil Nazirliyinin "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə tərəfdaşları olan humanitar təşkilat "Mədəd", "Ultra" şirkəti, AzeduNet, Microsoft Azerbaijan nümayəndəliyi daxildir.

Şuranın fəaliyyətinin əsas istiqamətləri məktəblilərin və ali məktəb tələbələrinin zərərli informasiyaya daxil olmasının məhdudlaşdırılması üzrə tövsiyələrin və təcrübi təkliflərin hazırlanmasıdır. Bu məqsədlə Şura Böyük Britaniya, ABŞ, Rusiya və Estoniyanın təcrübəsindən istifadə etmək niyyətindədir.

Hazırda Websense proqramının tətbiqi imkanı nəzərdən keçirilir. Bu texnologiya axtarış sistemlərində müxtəlif zərərli informasiyaların axtarışını məhdudlaşdıraraq uşaqların zərərli tərkibli informasiyalardan maksimum müdafiəsinin təmin edir. Websense proqramı "Ümumdünya toru"nda istifadəçilərin nə etdiyini görmək və onların arzuolunmaz hərəkətini bloklamaq imkanı verir.

Xəbər lenti

Xəbər lenti