...

Azərbaycanda elektron ATS-lərin xüsusi çəkisi 80 faizi ötüb

Telekommunikasiya Materials 19 Oktyabr 2009 20:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr / Trend , müxbir H.Vəliyev/

Oktrabrın 1-nə Azərbaycanda elektron ATS-lərin xüsusi çəkisi 84,2 faiz təşkil edib. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

Nazirliyin məlumatına görə, paytaxtda bu göstərici 85,7 faiz, respublikanın regionları üzrə isə 82,6 faiz təşkil edir.

Bu gün Azərbaycanda hər 10 ailəyə 15,7 telefon düşür. Bu göstərici "100 ailəyə 100 telefon" layihəsinin reallaşdırılması sayəsində əldə olunub. RİTN-in stasistikasına əsasən, Bakıda hər 100 ailənin payına 34,2 telefon, regionlarda isə 10,2 telefon düşür.

"100 ailəyə 100 telefon" layihəsi 2008-ci ilin əvvəlində başlayıb. Layihənin əsas məqsədi Azərbaycanda telefonlaşdırmanın səviyyəsini üçqat genişləndirməkdir. Layihənin 2012-ci ildə başa çatacağı gözlənilir.

Layihə 200 milyon manat həcmində dəyərləndirilir. RİTN-in məlumatına əsasən, bu vəsait 2012-ci ilin sonunadək xərclənəcək.

Layihənin reallaşdırılması, həmçinin əhaliyə universal telekommunikasiya xidmətlərinin (VoIP, IP-TV, internet xidmətlər və s.) təqdim olunmasını da nəzərdə tutur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti