...

Azərbaycan Milli Elmlər Akademiyası Koreya institutunun biometrik pasportların tətbiqi ilə bağlı təklifini nəzərdən keçirir

Telekommunikasiya Materials 29 Oktyabr 2009 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir Q.Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu (İTİ) Koreya Politexnik İnstitutunun Azərbaycanda biometrik pasportların istifadəsi təklifini nəzərdən keçirir. Bu barədə Trend -a Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev məlumat verib.

Əməkdaşlıq gələcəkdə Azərbaycanda biometrik identifikasiya sisteminin yaradılması məsələsinin reallaşdırılmasını nəzərdə tutur. Söhbət insanın biometrik parametrlərlə tanınması sisteminin tətbiqindən gedir (tor qişası, əl izləri və s.).

İTİ tərəfindən biometrik identifikasiya sisteminin yaradılmasını təklif edən şirkətlərlə danışıqlar aparılır. Bu sistem sərhəd yoxlama məntəqələri, pasport qeydiyyatı, telekommunikasiya məsələləri, pasportların hazırlanması və s. üçün yararlı olacaq.

Bu gün Azərbaycanda istifadə olunan şəxsiyyət vəsiqələri və pasportlarda kompyuter vasitəsilə iki sətir müəyyən olunur ki, bu da beynəlxalq vətəndaş aviasiya təşkilatının tələblərinə cavab verir. Yeni nəslin özündə mikroçipləri əks etdirən pasportları, sahibi haqqında daha ətraflı informasiyanı əks etdirəcək. Hər bir Azərbaycan vətəndaşı öz yeni identifikasiya nömrəsinin alacaq və avtomatik olaraq daxili işlər, təhlükəsizlik orqanları, miqrasiya xidməti, ədliyyə və vergi orqanlarının məlumat bazasında qeydiyyata düşəcək. Bu, sərhədlərin təhlükəsizliyinə nəzarət etməyə, qeyri-leqal miqrasiya ilə mübarizə aparmağa imkan yaradacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti