...

Azərbaycanın mobil rabitə operatoru qısa mesajlara güzəştlər təqdim edib

Telekommunikasiya Materials 17 Dekabr 2009 19:53 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom" öz şəbəkə abunəçilərinə qısa mesajların göndərilməsinə güzəştlər təqdim edib.
Azərbaycanın mobil rabitə operatoru qısa mesajlara güzəştlər təqdim edib

Azərbauycan, Bakı, 17 dekabr / Trend , müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom" öz şəbəkə abunəçilərinə qısa mesajların göndərilməsinə güzəştlər təqdim edib. Bu barədə şirkətin məlumatında deyilir.

Şirkət tərəfindən təqdim edilən güzəşt paketlərinə 100, 250 və 500 SMS daxil edilib. Güzəştli paketlərin abunəçisi olmaq istəyənlər 100, 250 və 500 yazaraq 8959 nömrəsinə qısa mesaj göndərməlidir. 1 mesajın qiyməti 1 kontur və ya 0,01 manatdır.

"Bizdən Bizə", "Açıq Xətt", "Super Bizdən Bizə" tarif paketlərinin abunəçiləri üçün 100, 250 və 500 SMS-in qiyməti müvafiq olaraq 880, 1900 və 3300 kontur, "GəncSim" tarif paketinin abunəçiləri üçün 640, 1400 və 2400 kontur, fakturalı xətt abunəçiləri üçün isə 4, 8,75 və 15 manat təşkil edir.

SimSim abunəçiləri üçün SMS paketlərinin istifadə müddəti 30 gün, fakturalı xətt abunəçiləri üçün isə cari faktura dövrü təşkil edir.

SimSim abonentləri SMS paketinin istifadə dövrü bitmədən yeni SMS paketi sifariş etdikdə, bu zaman onun öncəki SMS paketindəki istifadə edilməmiş SMS-lərin istifadə müddəti artıb yeni paketin istifadə müddətinə bərabər olur.

Azercell Fakturalı xətt abonenti SMS paketini dəyişmək istədikdə, istək yalnız növbəti faktura dövründə icra olunacaq.

SMS paketindən imtina etmək üçün STOP yazıb 8959 nömrəsinə qısa mesaj göndərmək lazımdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti