...

Azərbaycanın Radiotezliklər İdarəsi 2009-cu ilin yekunlarını açıqlayıb

Telekommunikasiya Materials 7 Yanvar 2010 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 yanvar / Trend , müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Efirə nəzarət şöbəsi 2009-cu ilin yekunlarına dair maneə törədən və televiziya, radio, radiorabitəyə aid olan 28 radioelektron vasitələrdən (REV) istifadə üzrə araşdırma aparıb. Bu barədə DRİ-nin məlumatında deyilir.

Radioelektron vasitələrin ümumi sayından üçü televiziyaya, qalanları isə radiorabitəyə aid olub. REV-dən qeyri-qanuni istifadə edən müəssisə və təşkilatlarla bağlı protokol tərtib olunub və müvafiq tədbirlər görüləcək.

Dövlət Radiotezliklər İdarəsi radioelektron avadanlıqların qeydiyyatdan keçməsi və istismara verilməsinə nəzarət edir.

İdarənin məlumatına görə, vətəndaşların istifadəsi üçün nəzədə tutulmuş və müxtəlif tezlik vasitələrində (0,3 Vt-dan 1 GHz-dək və gücü 0,03 Vt-dan 1 GHz-dək tezlikdə) fəaliyyət göstərən avadanlıqların istismar edilməsi RİTN ilə razılaşdırılmalıdır və DRİ-də qeydiyyatdan keçməlidir. Radioelektron vasitələrdən istifadə qaydalarını pozan şəxslərə qarşı Azərbaycanın mövcud qanunvericiliyinə uyğun olaraq tədbirlər görüləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti