Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir H.Vəliyev/
Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin texniki binasında aparılan yenidənqurma işləri başa çatıb. Nazirliyin məlumatında deyilir.
Nazirliyin məlumatına görə, binada muxtar respublikanın bütün telekommunikasiya şəbəkəsinə nəzarət edən avadanlıq quraşdırılıb.
Binanın birinci mərtəbəsində abunəçilərə xidmət mərkəzi yerləşib. Burada operator xidmətlərini ödəmək, İnternetə daxil olmaq və texniki mərkəzin xidmətlərindən istifadə etmək olar. İkinci mərtəbə avtomatlaşdırılmış telefon stansiyası, transmissiya qovşağı, təmir şöbəsi, teleqraf şöbəsi, 109 məlumat sorğu xidməti, 107 beynəlxalq və şəhərlərarası danışıq sifarişi xidməti, həmçinin məlumat hesablama mərkəzi üçün ayrılıb.
Naxtel, Azercell, Bakcell və Azerfon mobil rabitə operatorlarının idarəsi sistemi üçüncü mərtəbədə yerləşir. Elektirk təminatındakı kəsilmələri aradan qaldırmaq üçün bina ehtiyat enerji mənbələri ilə təchiz olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]