...

Azərbaycan Mərkəzi Bankı şəbəkə avadanlığı və proqram təminatının alınması üzrə tender elan edib

Telekommunikasiya Materials 30 Mart 2010 12:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir H.Vəliyev/

Azərbaycan Mərkəzi Bankı (AMB) kompüter, server avadanlığı və proqram təminatının alınması üzrə tender elan edib. Bu barədə AMB-nin tender komissiyasının məlumatında bildirilir.

Tenderdə iştirakın dəyəri 250 manat təşkil edir. İştirakçıların tender sənədləri 16 aprel saat 18:00-a kimi qəbul olunur. İştirakçıların təklifləri 26 aprel saat 18:00-a kimi qəbul ediləcək. Tender təkliflərinin açılışı aprelin 27-də saat 15:00-da Mərkəzi Bankın binasında olacaq.

Bankın şərtlərinə görə, tenderin qalibi müqavilə imzalandığı gündən 30 təqvim günü ərzində şəbəkə avadanlığı və proqram təminatının təchizatını həyata keçirəcək. Server avadanlığının təchizatı 45 təqvim günündən gec olmayaraq həyata keçirilməlidir.

Xəbər lenti

Xəbər lenti