...

Azərbaycanın mobil rabitə operatoru öz şəbəkəsinin abunəçiləri üçün yeni aksiya keçirir

Telekommunikasiya Materials 1 Aprel 2010 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom MMC" öz şəbəkə abunəçiləri üçün "Güzəştli gecə SMS-ləri" kampaniyası təqdim edir. Bu barədə şirkətin məlumatında deyilir.

Kampaniyanın şərtlərinə əsasən, 01.04 - 30.04.2010 tarixləri arasında keçiriləcək "Güzəştli gecə SMS-ləri" kampaniyası çərçivəsində bütün "Azercell" abonentləri 8747 qısa nömrəsinə boş SMS göndərərək, növbəti 30 təqvim günü ərzində 00:00 - 08:00 arası limitisiz olaraq pulsuz şəbəkədaxili (qısa nömrələrə və rominq zamanı göndərilənlər istisna olmaqla) SMS-lər göndərmək imkanı əldə edəcəklər.

8747 nömrəsinə göndərilən bir SMS-in qiyməti 1,50 AZN (ƏDV xaric) / 500 konturdur.

Xəbər lenti

Xəbər lenti