Azərbaycan, Bakı, 1 aprel /Trend/
Aprel ayının 1-dən etibarən Azerfon-Vodafone abunəçiləri şəbəkələrarası MMS xidmətindən istifadə edərək digər mobil operatorlara da MMS göndərə biləcəklər.
"Azerfon" MMC və "Azercell Telecom" MMC arasında bağlanmış müqaviləyə əsasən, həmin operatorların abunəçiləri indi bir-birilərinə MMS göndərə biləcəklər.
Digər operatora MMS göndərmək xidmətindən MMS xidməti aktiv olan bütün Azerfon-Vodafone abunəçiləri yararlana biləcək.
Digər operatora göndərilən hər bir MMS-in dəyəri 0,15 manat təşkil edir.
Öz abunəçilərinin daha rahat ünsiyyəti üçün Azerfon-Vodafone MMS müqavilələrinin sayını həm yerli, həm də xarici operatorlarla müqavilə bağlamaqla artırmağı planlaşdırır.