"Nar Mobile"dan gənclər və xüsusi olaraq YALLI istifadəçiləri üçün yeni tarif!

Telekommunikasiya Materials 28 Aprel 2010 15:08 (UTC +04:00)

İndi "CavanNar Yallı" tarifinə qoşulan www.yalli.az istifadəçiləri bir-birləri ilə dəqiqəsi cəmi 4 qəpik qiymətinə danışa biləcək, - bu barədə şirkətin məlumatında deyilir.

27 aprel 2010-cu il tarixindən etibarən yeni Nar nömrəsi alan Yallı sosial şəbəkəsinin (www.yalli.az) istifadəçiləri bu tarif paketindən yararlana bilərlər.

"CavanNar Yallı" tarif paketinin ən mühüm üstünlüklərindən biri danışıq qiymətlərinin çox sərfəli olmasıdır. Bu tarif planına qoşulan Yallı istifadəçiləri öz aralarında bir dəqiqəsi üçün cəmi 0,04 AZN ilə danışmaq imkanı əldə edəcəklər!
"CavanNar Yallı" tarif paketi sərfəli qiymətlə yanaşı, abunəçilərə müxtəlif bonus və endirimlər təqdim edir.

"Cavan Nar Yallı" abunəçiləri hər 2 AZN Nar kart yükləməsindən sonra, 30 gün ərzində 100 SMS, 100 MMS, 1 Mb mobil İnternet və 90 müxtəlif xarakterli yükləmələri (oyunlar, musiqi, java və s.) pulsuz əldə edəcəklər.

"CavanNarYallı" nömrələrini www.yalli.az saytında onlayn sifariş ederək "Nar Mobile" mərkəzlərindən əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti