Аzərbaycan, Bakı, 26 may /Trend, müxbir H.Vəliyev/
AMB (Azərbaycan Mərkəzi Bankı) Azərbaycanın R.İ.S.K İT şirkəti ilə şəbəkə və kompüter avadanlıqları, həmçinin, proqram təminatının yaradılması barədə müqavilə imzalayıb, - bankın tender komissiyasının məlumatında deyilir.
R.İ.S.K şirkəti martın sonunda AMB tərəfindən elan edilmiş tenderin qalibi olub.
İmzalanmış müqavilə çərçivəsində şirkət kompüterlər, serverlər, proqram təminatı və şəbəkə avadanlığının qurulması işlərini həyata keçirəcək.
Bankın qoyduğu şərtlərə əsasən, tenderin qalibi müqavilə bağlandıqdan sonra 30 gün müddətində proqram təminatı və şəbəkə avadanlığının qurulmasını həyata keçirməlidir. Server avadanlığının quraşdırılma prosesi 45 gün ərzində başa çatmalıdır.