...

Şirvanda "NarMobile"ın sponsorluğu "Doğma Diyar" konsert turu keçirilib

Telekommunikasiya Materials 17 Avqust 2010 12:40 (UTC +04:00)
Avqusrtun 16-da "NarMobile"ın sponsorluğu ilə keçirilən "Doğma diyar" ölkə üzrə konsert turu çərçivəsində pop ulduzlar Röya və Zamiq açıq havada Şirvanda konsert proqramı ilə çıxış ediblər. Konsertdə minlərlə "NarMobile" abunəçisi iştirak edib.
Şirvanda "NarMobile"ın sponsorluğu "Doğma Diyar" konsert turu keçirilib

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Avqusrtun 16-da "NarMobile"ın sponsorluğu ilə keçirilən "Doğma diyar" ölkə üzrə konsert turu çərçivəsində pop ulduzlar Röya və Zamiq açıq havada Şirvanda konsert proqramı ilə çıxış ediblər. Konsertdə minlərlə "NarMobile" abunəçisi iştirak edib.

Konsert turu iyulun 12-də Qubada başlanmış və artıq Qəbələ, Göyçay, Mingəçevir, Zaqatala, Qazax, Tovuz, Ağdam, Füzuli şəhərlərində keçirilib. Azərbaycanın 15 bölgəsində keçirilən "Doğma diyar" konsert turunun "NarMobile" tərəfindən sponsorluğu bu brendin ölkə ərazisində abunəçilərinə ən uyğun qiymətlər və keyfiyyətli xidmətlər təqdim edən mobil operatoru kimi populyarlığına işarə edir. Tur çərçivəsində 15 şəhərin sakinləri məşhur müğənnilər Röya və Zamiqin ifasında gözəl müsiqidən zövq alacaqlar. Bundan başqa, konsertlərdə iştirak edən sakinlər "NarMobile"dan bir çox bonus qazanmaq imkanı və yeni kampaniyalar haqqında məlumat əldə edirlər. Belə ki, "NarMobile" abunəçiləri kampaniya müddətində 2222 nömrəsinə zəng edərək, cəmi 1 AZN ödəməklə, şəbəkədaxili 25 dəqiqə, 25 SMS və 25 mb internet-trafik əldə edə bilirlər. Konsert zamanı SMS viktorinada iştirak edən və sualın düzgün cavabını 1111 nömrəsinə göndərən abunəçilər mobil telefonları qazanmaq şansı əldə edirlər.

"NarMobile"ın sponsorluğu ilə "Doğma Diyar" layihəsi "Ulduz Production"ın təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti