...

"Bakcell" ödəmə terminalları vasitəsilə ödəmələrin qəbuluna başlayıb

Telekommunikasiya Materials 20 Avqust 2010 15:17 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru "Bakcell", "Paypoint" adlanan yeni nağdödəmə terminalları vasitəsilə ödənişlər qəbul etməyə başladı.
"Bakcell" ödəmə terminalları vasitəsilə ödəmələrin qəbuluna başlayıb

Azərbaycan, Bakı, 20 avqust /Trend/

Azərbaycanın ilk mobil operatoru "Bakcell", "Paypoint" adlanan yeni nağdödəmə terminalları vasitəsilə ödənişlər qəbul etməyə başladı. İndi "Bakcell" abunəçiləri Bakının ən tanınmış yerlərində - metrolarda, əyləncə və ticarət mərkəzlərində quraşdırılmış ödəmə terminalları vasitəsilə ödəniş edə və ya balanslarını artıra bilərlər.

Terminal ödənişi yalnız nağd yolla qəbul edir. Ödənişin minimum məbləğı 1 manat, maksimum məbləği isə 800 manatdır.

Ödəmə əməliyyatından sonra abunəçinin telefonuna ödənişin həyata keçirildiyini təsdiq edən sms-bildiriş göndərilir. Bu yeni xidmət kontur və ödəmə kartları, bank vasitəsilə ödəmə, ATM, "Müştəri Xidməti Mərkəzi"ndə və "Azəri Poçt"un istənilən poçt məntəqəsində faktiki ödəmə üsulları ilə tamamlanır.

"Bakcell"in məhsulları və xidmətləri haqqında ətraflı məlumatı www.bakcell.com-a daxil olmaqla və ya 555-ə zəng vurmaqla əldə edə bilərsiniz. Qeyri-"Bakcell" abunəçiləri isə 055 000 05 55-ə zəng etməklə, "Bakcell"in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti