...

"Barama" layihəsi çərçivəsində stajkeçmə proqramı keçirilir

Telekommunikasiya Materials 14 Oktyabr 2010 15:36 (UTC +04:00)
"Qafqaz" Universitetinin tələbələri "Barama" İnnovasiya Mərkəzində tədqiqatlara başlayıblar.
"Barama" layihəsi çərçivəsində stajkeçmə proqramı keçirilir

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

"Qafqaz" Universitetinin tələbələri "Barama" İnnovasiya Mərkəzində tədqiqatlara başlayıblar.

"Azercell"in təşəbbüsü ilə yaradılan "Barama" layihəsi çərçivəsində bu ali təhsil ocağının 10 tələbəsi iqtisadi-analitik tədqiqat işləri aparır.
"Barama" ofisindəki imkanlardan istifadə edərək, strateji araşdırma aparan tələbələr, həmçinin, biznesin inkişaf etdirilməsi üzrə staj keçəcəklər. Proqramın unikallığı ondan ibarətdir ki, tələbələr layihə çərçivəsində həm praktik biliklər qazanır, həm də şirkətlərin reallıqda üzləşdiyi məsələləri ətraflı tədqiq edirlər. Bu işdə onlara "Azercell"in əməkdaşları yardım göstərirlər.

Tədqiqat işi üçün tələbələrə 2 həftə vaxt ayrılıb və onlar verilən mövzu ilə bağlı hərtərəfli analiz aparacaq, həmçinin, mövzuya dair bir çox suallara cavab axtaracaqlar. Tələbələr müxtəlif problemlərin yaranma səbəbləri, onların səviyyəsinə təsir edən amilləri aydınlaşdıracaq və həmin problemlərin qarşısının effektiv şəkildə alınması üçün həll yolları təklif edəcəklər. Məsələyə müxtəlif növ yanaşmanı təmin etmək üçün tədqiqatçı-tələbələr hər biri 5 nəfərdən ibarət iki komandaya ayrılıblar. Komanda üzvləri "Qafqaz" Universitetinin iqtisadiyyat, maliyyə, menecment və biznesin idarə edilməsi fakültələrini təmsil edir.

Oktyabrın 26-da yekunlaşacaq tədqiqatın sonunda hər iki komanda gəldiyi nəticələri əks etdirən təqdimat nümayiş etdirəcək.

Qeyd edək ki, tədqiqat işi "Azercell" lə yanaşı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən də dəstəklənir. Proqram çərçivəsində araşdırma ilə məşğul olan tələbələrə məvacib ayrılıb. Bu araşdırma proqramı Qafqaz Universiteti tələbələrində"Barama" layihəsinin məqsəd və məramları haqqında daha dolğun təsəvvür formalaşmasına yardım edəcək.

Xəbər lenti

Xəbər lenti