...

Nar Mobile abonentlərinə 3G+ xidmətini təqdim edir

Telekommunikasiya Materials 12 Noyabr 2010 16:41 (UTC +04:00)
9 Oktyabr 2010-cu il tarixindən etibarən bütün Nar Mobile abunəçiləri Nar 3G+ xidməti çərçivəsində Nar 3G+ Modem vasitəsilə yüksək sürətli internetdən yararlanmaq, Mobil TV xidməti ilə telefonda televiziya verilişlərini canlı şəkildə izləmək və videozəng ilə görüntülü zənglər etmək imkanlarını əldə etdilər.
Nar Mobile abonentlərinə 3G+ xidmətini təqdim edir

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

9 Oktyabr 2010-cu il tarixindən etibarən bütün Nar Mobile abunəçiləri Nar 3G+ xidməti çərçivəsində Nar 3G+ Modem vasitəsilə yüksək sürətli internetdən yararlanmaq, Mobil TV xidməti ilə telefonda televiziya verilişlərini canlı şəkildə izləmək və videozəng ilə görüntülü zənglər etmək imkanlarını əldə etdilər.

Nar Mobile abunəçiləri 3G+ şəbəkəsində çalışan Nar 3G+ Modem vasitəsilə Azərbaycan ərazisində 3G+ əhatə dairəsinə daxil olan bölgələrdə 3.6 Mb/s-dək sürətlə internetdən yararlana biləcəklər. Nar 3G+ xidmətindən istifadə etmək istəyən hər kəs cəmi 39 AZN-ə Nar 3G+ Modemi, DATA SIM Kartını və Nar Turbo-3 paketini (60 Mb trafik) birlikdə əldə edəcək. Üstəlik, abunəçilər 1 il ərzində Nar 3G+ Modemdən yararlanmaq üçün hər hansı Nar Turbo paketini aldıqda eynisini Nar Mobile-dan hədiyyə alacaqlar.

Bundan əlavə, Nar Mobile abunəçiləri Mobil TV xidməti vasitəsilə mobil telefonlarda idman oyunlarını, maraqlı verilişləri və sevimli televiziya seriallarını izləyə biləcəklər. 31 dekabr 2010-cu il tarixinədək bu xidmətdən istifadə üçün heç bir ödəniş tələb olunmur, o, bütün Nar Mobile istifadəçiləri üçün pulsuzdur. Mobil TV xidməti vasitəsilə Az TV (Azərbaycan), ANS TV (Azərbaycan), Azad Azərbaycan (Azərbaycan), İctimai TV (Azərbaycan), Show TV (Türkiyə), ATV (Türkiyə), Kral TV (Türkiyə), Lig TV (Türkiyə), TNT (Rusiya) kimi kanalları mobil telefonda canlı rejimdə izləmək mümkündür.

Nar 3G+ xidməti çarçivəsində abunəçilər videozəng etmək imkanından istifadə edə bilərlər. Bu xidmət vasitəsilə Nar Mobile abunəçiləri 31 dekabr 2010-cu il tarixinədək adi zəng qiymətinə eyni zamanda bir-birini eşitmək və canlı şəkildə görmək imkanını əldə edir. Xidmət bütün Nar Mobile abunəçiləri üçün avtomatik olaraq aktivləşdirilib. Videozəng etmək üçün istifadəçinin mobil telefonu 3G+ şəbəkəsini dəstəkləməlidir.

Xəbər lenti

Xəbər lenti