Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Nazirlər Kabineti "Fərdi məlumatların informasiya sisteminin dövlət qeydiyyatı ləğv edildikdə, həmin informasiya sistemində olan məlumatların məhv edilməsi Qaydası"nı təsdiq edib.
Qayda dövlət qeydiyyatına malik bütün fərdi informasiya daşıyıcılarına şamil edilir.
Fərdi informasiyanın məhv edilməsi prosesini, ehtiyac olduğu təqdirdə, dövlət reyestrinin operatoru müşahidə edəcək.