...

Azərbaycan təhsil sisteminin 56 minə yaxın işçisi İKT sahəsində ixtisasın artırılması üzrə təlimlər keçib

Telekommunikasiya Materials 1 Aprel 2011 16:09 (UTC +04:00)
Təhsil sisteminin 56 minə yaxın pedaqoji işçisi və inzibati idarəetmə heyətinin əməkdaşları İKT sahəsində ixtisasın artırılması üzrə təlimlər keçib.
Azərbaycan təhsil sisteminin 56 minə yaxın işçisi İKT sahəsində ixtisasın artırılması üzrə təlimlər keçib

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Təhsil sisteminin 56 minə yaxın pedaqoji işçisi və inzibati idarəetmə heyətinin əməkdaşları İKT sahəsində ixtisasın artırılması üzrə təlimlər keçib. Bu barədə cümə günü Azərbaycanın Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin məlumatında deyilir.

İdarə tərəfindən təlimlərin keçirilməsi üçün Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri, eləcə də respublikanın 33 rayonunda fəaliyyət göstərən 100-ə yaxın təlim mərkəzi yaradılıb. Təlimlər 250 təlimatçı tərəfindən keçirilir.

Bu gün təhsil sektorunda Azərbaycanın təhsil müəssisələrinin müəllimləri üçün "Peer Coaching" (Həmkara kömək) proqramı həyata keçirilir.

Proqram "Microsoft Azerbaijan" və "Mədəd" təşkilatı tərəfindən reallaşdırılır.

Layihə çərçivəsində dərs materialları Azərbaycan dilinə tərcümə edilir və layihədə iştirak etmiş müəllimlər arasında paylanır.

Azərbaycanın proqramda iştirakı Azərbaycanın Təhsil Nazirliyi ilə "Microsoft" arasında imzalanmış "Təhsildə tərəfdaşlıq" proqramı üzrə qarşılıqlı anlaşma memorandumu çərçivəsində həyata keçirilir.

"Həmkara yardım" proqramı ilə məşğul olan təlimatçı müəllimlər özlərinin məktəblərdə çalışan digər həmkarlarına informasiya texnologiyalarının tətbiqi üzrə praktiki məsləhətlər verirlər. Hər bir məktəbdə belə təlimatçı müəllimin olması pedaqoji heyətin təhsildə İKT-in tətbiqi üzrə tapşırıqlarını asanlaşdırır.

Proqramda iştirak üçün təhsildə informasiya və kommunikasiya texnologiyalarını daha effektiv və geniş tətbiq edən, eləcə də təcrübəli müəllimlər cəlb olunur. Həmçinin, "Mədəd"in təşkilatçılığı ilə pedaqoji heyət üçün xüsusi təlimlər də keçirilir.

Azərbaycanda "Həmkara yardım" proqramı çərçivəsində ilk təlimi martda beynəlxalq ekspert Les Foltos keçirib.

Xəbər lenti

Xəbər lenti