...

Azərbaycanın mobil rabitə operatoru "Azercell" manat tarifinə keçir

Telekommunikasiya Materials 18 Aprel 2011 17:36 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" MMC Sim Sim abonentlərinin billinq sisteminin manata tarifinə keçməsini elan edir.
Azərbaycanın mobil rabitə operatoru "Azercell" manat tarifinə keçir

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" MMC Sim Sim abonentlərinin billinq sisteminin manata tarifinə keçməsini elan edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi şirkətin məlumatında deyilir.

Azercell Telekom-un billinq sistemi mayın 1-dən etibarən tam manat əsasına keçəcək. Abonentlər balansın artırılması üçün skretç-kartlar almalıdırlar. Orada abonentin balansına yüklənilən məbləğ göstəriləcək. Sistem manat tarifinə keçirilən zaman bir konturun nominal qiyməti 0,005 manat olacaq.

Azərbaycanın mobil operatorlarına billinq sistemlərin manat tarifinə keçidlə bağlı tapşırıq Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən ötən ilin aprelində verilib.

Nazirlik Azərbaycanın mobil operatorlarını cari il iyunun 1-dək manat tarifi sisteminə keçməsinə görə öz üzərilərinə öhdəlik götürməyə məcbur edib.

Bundan əvvəl Trend-ə Bakcell şirkətindən dediklərinə görə, yaxın vaxtlarda bu şirkətin şəbəkəsi də tam manat tarifinə keçəcək. Ödənişin yeni üsulu CIN abonentlərinin bütün səsli zəngləri və digər xidmətləri üçün tətbiq ediləcək. Qəpiyinə kimi bütün hesablamalar abonentin istifadə etdiyi tarif planına uyğun həyata keçiriləcək. Yeni tarif sisteminə keçid zamanı Bakcell şirkətinin bütün tarif paketləri və xidmətlər qiyməti manatla aparılacaq.

Xəbər lenti

Xəbər lenti