...

2012-ci ilin yanvarınadək Azərbaycan əhalisinin 85 faizi rəqəmsal televiziya ilə əhatə olunacaq - nazir müavini

Telekommunikasiya Materials 24 Avqust 2011 18:20 (UTC +04:00)
2012-ci ilin yanvar ayınadək respublika əhalisinin 85 faizi rəqəmsal televiziya ilə əhatə olunacaq.
2012-ci ilin yanvarınadək Azərbaycan əhalisinin 85 faizi rəqəmsal televiziya ilə əhatə olunacaq - nazir müavini

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir H.Vəliyev/

2012-ci ilin yanvar ayınadək respublika əhalisinin 85 faizi rəqəmsal televiziya ilə əhatə olunacaq. Trend-in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytında dərc edilən müsahibəsində deyilir.

Nazir müavininin sözlərinə görə, əhali 10 TV proqramlı acıq paketli rəqəmli yayımdan ibarət televiziya paketindən istifadə edə biləcək, perspektivdə isə kommersiya təyinatlı əlavə 50-60 TV proqramının yayımı da həyata keçiriləcək.

Hazırda rəqəmsal televiziya ilə Bakı, Gəncə, Şirvan, Lerik, Lənkəran şəhərləri və ətraf ərazilər əhatə olunub. Rəqəmli TV yayımı tam təmin edildikdən sonra analoq televiziya yayımı dayandırılacaq.

Rəqəmsal televiziyaya tam keçid nazirliyin iş planına əsasən 2013-cü ildə gözlənilir.

Rəqəmsal kontentin yayımı MPEG-4 standartında həyata keçirilir. Televiziyanın rəqəmsal yayımına keçmək üçün dekoder almaq lazımdır.

Xəbər lenti

Xəbər lenti