...

Azərbaycanın mobil rabitə operatoru "Azerfon" yeni layihəni işə salacaq

Telekommunikasiya Materials 22 Noyabr 2011 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr /Trend müxbir E.İsmayılov/

Gələn ildən etibarən Azərbaycan mobil rabitə operatoru "Azerfon" "Future Lab" yeni innovasiya mərkəzini işə salmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə şirkətin koorporativ əlaqələr şöbəsinin rəhbəri Elşad Fərzəliyev deyib. MDB məkanında ilk olan yeni layihənin təqdimatı noyabrın 23-26-da Bakıda keçiriləcək "Bakutel" sərgisində baş tutacaq.

Fərzəliyevin sözlərinə görə, dünyada beş belə mərkəz var. Həmin mərkəzlər İspaniya, Cənubi Koreya, İngiltərə, ABŞ və Yaponiyadadır.

Yeni layihə mobil texnologiyalar əsasında operatorun abunəçilərinin tələbatlarına yönəldiləcək innovasiya xidmətlərinin hazırlanması mərkəzini ehtiva edir. Mərkəz, həmçinin Azərbaycanda sosial sahələr üçün texnologiyaları inkişaf etdirəcək.

"Biz bu texnologiyaları Azərbaycanda sosial inkişaf məqsədilə fəal tətbiq edəcəyik" , - Fərzəliyev deyib.

"Nar Mobile" və "Azerfon-Vodafone" ticarət nişanları ilə tanınan "Azerfon" 2007-ci ildə fəaliyyətə başlayıb və hazırda ölkənin ən innovativ və şəffav telekommunikasiya şirkətidir.

"Azerfon" şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% ərazisini əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsl şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.

Xəbər lenti

Xəbər lenti