...

Sloveniyanın "Adacta" şirkəti Azərbaycanda sığorta sahəsində biznes proseslərinin avtomatlaşdırılmasına kömək edəcək

Telekommunikasiya Materials 23 Noyabr 2011 12:30 (UTC +04:00)
Çərşənbə günü Azərbaycanın "Ata Texnologiya" və Sloveniyanın "Adacta" şirkəti informasiya texnologiyaları sahəsində birgə fəaliyyət haqqında müqavilə imzalayıblar.
Sloveniyanın "Adacta" şirkəti Azərbaycanda sığorta sahəsində biznes proseslərinin avtomatlaşdırılmasına kömək edəcək

Azərbaycan, Bakı, 23 noyabr / Trend müxbir E.İsmayılov/

Çərşənbə günü Azərbaycanın "Ata Texnologiya" və Sloveniyanın "Adacta" şirkəti informasiya texnologiyaları sahəsində birgə fəaliyyət haqqında müqavilə imzalayıblar.

Müqaviləni "Ata Texnologiya"nın direktoru Mais Yusifov və "Adacta" şirkətinin rəhbəri Tomas Volk imzalayıblar.

Müqaviləyə görə, ilkin mərhələdə xüsusi təminat proqramlarının birgə hazırlanması və tətbiqi, sığorta sahəsində biznes proseslərinin avtomatlaşdırılması nəzərdə tutulur.
Həmçinin yerli və regional bazarların tələblərinə uyğun yeni məhsulların birgə hazırlanması tətbiqi də təklif edilir.

Proqram təminatının tətbiqi 2012-ci ildə planlaşdırılır.

Yusifovun sözlərinə görə, başlıca məqsəd istehlakçılara xüsusi proqram təminatı təklif etməkdir.

Xəbər lenti

Xəbər lenti