...

Bakıda internet-qoşulmalar tamamilə optik xətlərə keçirilir

Telekommunikasiya Materials 7 Dekabr 2011 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi son istifadəçilər üçün bütün internet xidmətlərini optik rabitə xətlərinə keçirir. Bu barədə çərşənbə günü Trend-ə İB-nin baş direktoru Beytulla Hüseynov deyib.

Onun sözlərinə görə, hazırda operator tərəfindən optik infrastrukturun genişləndirilməsi üzrə iş aparılır və qoşulma üçün müraciət edənlərin hamısına (xüsusilə, müəssisələr və təşkilatlar) optik rabitə xətləri üzrə birləşmə təklif olunur.

Demək olar ki, bu gün mis kabellər tamamilə istismardan çıxarılıb, hətta abonentlərə onların köməyi ilə birləşmə təklif olunmur. Birləşmə yalnız optik rabitə xətləri vasitəsilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti