...

Azərbaycanın ilk peyk proqramının dəyəri açıqlanıb

Telekommunikasiya Materials 3 Aprel 2012 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 aprel / Trend, müxbir H.Vəliyev /

Azərbaycanın ilk peyk proqramının dəyəri 250 milyon dollar təşkil edir. Bu barədə çərşənbə axşamı jurnalistlərə "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev məlumat verib.

Onun sözlərinə görə, artıq peyki idarə etmənin əsas və ehtiyat stansiyalarının tikintisi üzrə işlərə başlanıb, onlar sentyabrın sonuna başa çatacaq.

Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace"in 2012-ci ilin sonlarında orbitə buraxılacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti