...

Azərbaycanda elektron imzaya tələbat xeyli artacaq

Telekommunikasiya Materials 7 Aprel 2012 11:34 (UTC +04:00)
Dövlət qurumları "Elektron hökumət" portalında istifadə üçün xidmətləri təqdim edən zaman əhalinin elektron-rəqəmsal imzaya tələbatı xeyli artacaq.
Azərbaycanda elektron imzaya tələbat xeyli artacaq

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir H.Vəliyev/

Dövlət qurumları "Elektron hökumət" portalında istifadə üçün xidmətləri təqdim edən zaman əhalinin elektron-rəqəmsal imzaya tələbatı xeyli artacaq. Bu barədə şənbə Trend-ə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin baş məsləhətçisi Etibar Umudov bildirib.

Umudovun sözlərinə görə, elektron imza elektron xidmətlərin istifadəsində əsas alət olacaq. Belə ki, onun mövcudluğu "Elektron hökumət" portalında autentifikasiya üçün zəruri olacaq.

"Bu gün elektron imzaya tələbat dövlət strukturlarında daha nəzərəçarpandır", - Umudov deyib.

Xəbər lenti

Xəbər lenti